Nisə Qasımova Qarabağda konsert verəcək
06 iyun 2014 12:11 (UTC +04:00)

Nisə Qasımova Qarabağda konsert verəcək

Xalq artisti Nisə Qasımova 15 iyun “Milli Qurtuluş”  günü münasibətilə  Qarabağda yerləşən hərbi hissələrdə  konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, konsertlər xalq artistinin istəyi və Müdafiə Nazirliyinin xətt ilə həyata keçiriləcək. 

 

N. Qasımova bildirib ki, çoxdan planlaşdırılan  konsert yaradıcılıq işlərinə görə təxirə salınırdı. Payız aylarında işıq üzü görəcək albomunun hazırlıqlarını təxirə salan müğənni hərbi hissələrdə konsert verəcək.

 

Qeyd edək ki, konsertlər iyunun 11-12-də Füzulidə, iyunun 14-15-də isə Ağdam rayonunda baş tutacaq. Həmin konsertlər yerli telekanallar vasitəsilə  canlı yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar