Nisə Qasımova: “Özünə hörmət etməyən ədəbsiz, həyasız...”
02 iyun 2014 12:02 (UTC +04:00)

Nisə Qasımova: “Özünə hörmət etməyən ədəbsiz, həyasız...”

Xalq artisti Nisə Qasımova gənc müğənnilərə dəstək olmasından danışıb. Lent.az-a açıqlama verən xalq artisti bəzi gənc müğənniləri hörmətsizlikdə günahlandırsa da, dəstəyindən qalmadığını söyləyib:

 

 “Bu gün mən, Nisə Qasımova gənc müğənnilərə kömək oluram. Amma mənə bu sənətdə heç kimsə dəstək olmayıb. Vaxt var idi, bir çox bəstəkarların qapılarını gəzirdim, amma məni heç kim qəbul etmirdi. Kömək olmurdular. Yollarımı bağlayırdılar. Kömək etməkdən qaçırdılar. Bəlkə də bu hal mənim üçün bir qədər üstünlük idi. Çünki bəlkə mən dəstək görsə idim,  qudurardım, özümdən razı olardım. Gənclərin hallarına yanıb, dəstək oluram. Səsi, istedadı olmayanlara heç bir yardım əlimi uzatmaram. Bəzən bu dəstəkdən çaşanlar da olur. Həyat reallığı budur ki, bəzən bir sənətkar gənc ifaçıya dəstək olur. Amma o gənc də ulduz olduqdan sonra çıxır dağın başına, ordan zibili endirir dəstək olduğu şəxsin başına. Amma mən bu halları nəzərə almışam. İstədim, istəmədim şou-biznesdə özünə hörmət etməyən ədəbsiz, həyasız var. Onların sayı çoxdur”.

 

 

N.Qasımova daha sonra yaradıcılığından söz açıb: “Hazırda repertuarımı yeniləyirəm. Bir neçə mahnı yazdırmışam. Hazır olduqdan sonra dinləyicilərə təqdim edəcəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2108

Oxşar yazılar