Natavanla repçi Dadonun nişanından FOTOLAR
24 iyun 2017 10:31 (UTC +04:00)

Natavanla repçi Dadonun nişanından FOTOLAR

 

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşır.

 

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, cütlüyün nişan mərasimi ötən il olub. Uzun müddət nişanlısının kimliyini gizlədən sənətçinin ailə quracağı şəxsin adı bir neçə gün əvvəl mediada yayılıb.

 

Natavan və Dado artıq birlikdə olduqlarını gizlətmir. Onlar hətta nişandan şəkilləri “İnstagram” səhifələrində paylaşırlar.

 

Qeyd edək ki, N.Həbibi ötən ilin oktyabrında foto paylaşmış və nişanlandığını bildirmişdi. Maraqlısı odur ki, sənətçinin həmin nişan şəkilləri ilə hazırki fotoları fərqlidir.

 

Cütlük toyun iyulda olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar