Namiq Qaraçuxurlu şou-biznesdən gedir:<span style="color:red;"> “Bizneslə məşğul olacam”
09 iyul 2014 11:33 (UTC +04:00)

Namiq Qaraçuxurlu şou-biznesdən gedir: “Bizneslə məşğul olacam”

Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesdən getmək niyyətindədir. Lent.az-a açıqlama verən söz ustası bildirib ki, şou aləmindən uzaqlaşıb, öz biznesini quracaq: “Hazırda şou-biznes ürək açan vəziyyətdə deyil. Söz-söhbətlər, dava-qırğınlar, qeybətlər. Böyük danışmayım, amma bu aləmdə mənə yaraşmayan insanlar var. Məcburən onlarla bir qazanda qaynamalıyam. Bunu isə xarakterim qəbul etmir. Bu aləmdən uzaqlaşıb nə işlə məşğul olacağımı sirr saxlayıram. Sadəcə öz biznesimi qururam. İş adamı olacam. Onu da deyim ki, şoudan uzaq olsam da, sənətdən getməyəcəm. Mahnılarımı yazacam. Yaradıcı fəaliyyətimi davam etdirəcəm. Konkret şou-biznesdən getdiyim günü  elan edəndən sonra isə, televiziya proqramlarına çıxmayacam”.

 

 

Qeyd edək ki, 1978-ci il noyabrın 8-də Qaraçuxurda anadan olan meyxana ustası ifaçılıq fəaliyyətinə  1999-ci ildə ilk kasetini çıxararaq başlayıb. 2001-ci ildə isə “And içmişdik” adlı albomu və “Rəvayət” klipi ilə tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3339
avatar

Yalçın UĞUR

Oxşar yazılar