Nadir Qafarzadə özü ilə bağlı qalmaqallardan danışdı
11 aprel 2014 12:14 (UTC +04:00)

Nadir Qafarzadə özü ilə bağlı qalmaqallardan danışdı

“Bəziləri deyir ki, guya mən qalmaqal tərəfdarıyam. Əsla belə deyil. Mənim qalmaqal etməyə, kiminsə bostanına daş atmağa vaxtım yoxdur. Sadəcə, düz söz acı olur. Düz sözü dediyimə görə, bəzi insanlar tərəfindən tənqid olunuram. Bu isə məni qətiyyən narahat etmir. Öz işimi bilən insanam”. Bu sözləri  Lent.az-a müğənni Nadir Qafarzadə deyib. Müğənni son günlər adının mediada müzakirə olunmasına isə bu cür şərh verib:

 

“Sözümün ağasıyam. Bəzən məni özüm də bilmədən qalmaqala salırlar. Bəzən isə ətrafımda baş verən haqsızlıqlara özüm göz yuma bilmirəm. Sözümü bəzən efirdə, bəzən isə sosial şəbəkədəki səhifəmdə bölüşürəm. Nəticədə isə istəmədən qalmaqalın tam mərkəzində oluram. Düşünməyin ki, mən bunu qalmaqal və ya nə üçünsə edirəm. Hamı bilir ki, mən bu sənətə qalmaqalla gəlməmişəm. Əziyyət çəkə-çəkə öz yerimi tutmuşam. Kiminsə sayəsində Nadir Qafarzadə olmamışam. Daim mahnılarımla sözümü demişəm. Hətta ifa etdiyim mahnılarda müzakirə mövzusu olub. Bir ifaçı üçün bundan böyük fəxr, uğur ola bilməz”.

 

 

N.Qafarzadə daha sonra yaradıcılıq işindən söz açıb: “Yaradıcılığımda yeniliklərim çoxdur. Təxminən 10-a yaxın yeni mahnı yazdırmışam. Bunlar arasında görkəmli bəstəkarların əsərləri, estrada mahnıları və əski türk bəstələri yer alıb. Bu gün isə Türkiyənin bir çox tanınmış müğənnilərinin ifa etdiyi “Sevda” mahnımı dinləyicilərin ixtiyarına verirəm. Bu mahnını xeyli müddət idi ki, lentə aldırmaq istəyirdim. Lakin müəyyən səbəblərdən yubanırdı. Bəstə artıq hazırdır. Məncə yaxşı bir mahnı ərsəyə gəlib”.

 

 

N.Qafarzadənin “Sevda” adlı mahnısını təqdim edirik

 

# 928
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50