Nadir Qafarzadə Gürcüstan gözəli ilə
28 iyun 2014 11:58 (UTC +04:00)

Nadir Qafarzadə Gürcüstan gözəli ilə

 

Şou-biznesdə etdiyi açıqlamaları və layihələri ilə maraq doğuran müğənni Nadir Qafarzadə söz və musiqisi Fərid Kərimiyə məxsus olan “Göndər” adlı mahnısına klip çəkdirib. Lent.az-a açıqlamasında müğənni bildirib ki, çəkilişlər Gürcüstanda baş tutub:

 

“Çəkilişlər Tbilisinin gözəl məkanlarında oldu. Gürcüstan səfərimdən zövq aldım. Klipi “Ozan MW Production”un işçi heyəti bir günə həyata keçirdi. Səhər saat 9-da başlayan çəkiliş gecə saatlarına qədər davam etdi. Rejissor Elnur Əliyevin ekranlaşdırdığı klipdə tərəf müqabilim 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamar Shedania idi. O, ölkəsini dünya gözəllik yarışmasında təmsil edən yeganə modellərdəndir və adını dünya gözəlləri siyahısına yazdırıb. Bundan əlavə, dünyaca məşhur “Armani” və bir neçə brend firmaların siması olub. Klip çəkilişləri üçün bir neçə geyim dəyişdim. Klipdən savayı Gürcüstan televiziyasından proqrama təklif aldım. Lakin müəyyən səbəblərdən, vaxt azlığından verilişə qatıla bilmədim. Hətta orada bir neçə layihə təklifi də aldım. İnşallah, zamanla həmin təkliflərin ən yaxşısını reallaşdıracağam. Hazırda klip montaj olunur. Hazır olduqdan sonra media nümayəndələrinə təqdim edəcəm”.

 

 

Qeyd edək ki, N.Qafarzadənin “Göndər” adlı klipində çalışan heyət bunlardır: Rejissor Elnur Əliyev, operator Givi Magradze, prodüser Altay Yaşar, Ruslan Əliyev menecer Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədova, Barmen Qvansa Sitsividze, Umman Sadıqov və başqaları.

 

 

N.Qafarzadənin “Göndər” adlı klipinin çəkilişlərindən olan fotoları təqdim edirik.

 

 

 

# 1937
avatar

Yalçın UĞUR

Oxşar yazılar