Müğənni Yeganə oğluna toy etdi
29 aprel 2014 01:03 (UTC +04:00)

Müğənni Yeganə oğluna toy etdi

Türkiyədə yaşayan müğənni Yeganə oğlu Ömərin kiçik toyunu edib. Lent.az-ın məlumatına görə, müğənni bu münasibətlə şou-biznesin bir çox tanınmış simalarını bir araya yığıb. Gecədə şən görünən Yeganə oğlunun xoş günündə o ki var rəqs edib. Gecəyə gələn şou təmsilçiləri Ömərə musiqi paylarını verməklə yanaşı xoş arzularını da söyləyiblər.

 

Gecə saatlarınadək davam edən məclisin sonunda qonaqlar xatirə fotosu çəkdiriblər.

 

Xatırladaq ki, gecədə əməkdar artist Lalə Məmmədova, müğənnilərdən - Nadir Qafarzadə, Eldəniz İsrafilov, Kərim Abbasov, Mənzurə Musayeva, Elçin Hüseynov, rəqqasə Fatimə Fətəliyeva və başqaları da iştirak edib.

 

Qeyd edək ki, “Talehim” mahnısı ilə məşhurlaşan Yeganə türkiyəli Fatih adlı bəylə ilə ailə qurub.

 

Gecədən olan şəkilləri təqdim edirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4004
avatar

Yalçın UĞUR

Oxşar yazılar