Azərbaycanlı müğənni Miri Yusifdən xəbər var. Lent.az xəbər verir ki, ifaçı 2 gün, iyunun 13 və 14-də “Yaşıl teatr”da solo konsertlə çıxış edəcək. Müğənninin sevilən mahnıları ilə yanaşı, yeni bəstələrini də ifa edəcəyi gözlənilir.
Qeyd edək ki, M.Yusifin sonuncu solo konserti ötən ilin dekabrında olmuşdu.