Müğənni Mətanət Əsədovanın ailəsində ağır itki üz verib. Lent.az-ın məlumatına görə, ifaçının qardaşı oğlu dünyasını dəyişib: “Bu gün dəhşətli ağır günümdü. Rəhmətlik qardaşımın böyük oğlu, nəslimizin ərköyün, sevimli ilk nəvəsi Sadiq dünyasını dəyişdi. Can bala, ürəyim parça-parçadı. Bilmirəm nə edim, kaş ki, mən öləydim, Sadiq”.