Xalq artisti İlhamə Quliyeva ifa etdiyi mahnıları icazəsiz oxuyan bəzi şou-biznes nümayəndələrinə ultimatum göndərib. Lent.az-ın məlumatına görə, “Atv maqazin” verilişinə açıqlama verən xalq artisti bildirib ki, ifa etdiyi mahnıları icazəsiz oxuyanları Avropa məhkəməsinə verəcək: “Mənim oxuduğum mahnını məndən icazəsiz heç kim oxuya bilməz. Mənim səsim üçün 1972-ci ildə dahi, ölməz Fikrət Əmirov silsilə mahnılar yazıb. Əgər mənim oxuduğum “Neyləmişəm”, “Mən səni araram”, “Toy”, “Göy-göl”, “Gülür ellər” mahnılarımı kim oxusa, həmin ifaçını məhkəməyə verəcəm. Hətta Avropa məhkəməsinə verəcəm. Çünki bu əsərlər mənim səsim üçün yazılıb. Bu yaxınlarda qulaq asdım, mənim bir mahnımı bir günə salıblar ki, eşitdim, şok oldum. Mənim mahnımı cik-ciklə, quş səsi ilə oxuyur. Hər kəsin öz yeməyi var. Hərə getsin öz xörəyini yesin”.

Oxşar yazılar

Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42
Mustafa Sandala məhkəmədən PİS XƏBƏR
27 iyun 2025 , 10:34