Heydər Əliyev sarayında Türkiyənin tanınmış müğənnisi Gülşənin solo konserti olub. Lent.az-ın məlumatına görə, aparıcı Samir Bayramlının təqdimatından sonra müğənni səhnəyə çıxıb və “Yatcaz kalkcaz” mahnısı ilə gecəyə start verib. Daha sonra “İrqalamaz beni” adlı musiqi parçasını ifa edən müğənni Azərbaycana ilk solo konsertini verdiyi üçün məmnunluğunu dilə gətirib: “Konsertimə gələn hər kəsi salamlayıram. Mən sizləri, azəriləri çox sevirəm. Mən sizi, sizin istədiyinizdən daha çox sevirəm. Açığı bu günü çoxdan gözləyirdim. Həmdə ciddi hazırlaşmışdım. Ona görə də bu gün çox əylənməliyik. “Tamammı?”.
Rəqs qrupunun müşayiəti ilə çıxış edən Gülşən sonda Röya ilə “Sarışınım” mahnısını oxuyub.
Qeyd edək ki, Gülşənin konsertinə əməkdar artist Abbas Bağırov, müğənnilərdən Zamiq Hüseynov, Eldar Qasımov, şoumen Murad Dadaşov, aparıcı Kamilə Babayeva və başqaları da gəlib.