Emin Ağalarov: “Çox həyəcanlı idim” - YENİLƏNİB
02 iyun 2014 19:16 (UTC +04:00)

Emin Ağalarov: “Çox həyəcanlı idim” - YENİLƏNİB

Bəstəkar-müğənni Emin Ağalarov bu gün mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tanınmış müğənninin media nümayəndələri ilə görüşünə səbəb məşhur “World Music Awards”ın mükafatı ilə təltif olunması idi. E,Ağalarov dünyaca məşhur mükafata layiq görülməsi barədə öz təəssüratlarını bölüşüb:

“Bu mükafat əslində hamımızındır. Mükafat əslində mənim üçün gözlənilməz oldu. Çünki məni həmin konsertə qonaq kimi çağırmışdılar, mahnı oxumalı idim. Amma gözlənilmədən mənə mükafat verdilər. Bu mükafat ilk növbədə Azərbaycanın, daha sonra Rusiyanın uğurudur. Konsert zamanı çox həyəcanlı idim. Çünki mahnıları canlı ifa edirdim. Aldığım mükafatı mərhum sənətkar, SSRİ xalq artisti Müslüm Maqomayevə həsr edirəm. Eşitmişəm ki, Azərbaycandan müğənni Röya Ayxan da həmin mükafata nominant olub. Bu mükafatı aldığım üçün sevincliyəm”. 

Xatırladaq ki, E.Ağalarov “World Music Awards” mükafatına mayın 27-də layiq görülüb. Monakoda baş tutan gecəyə dünyaca məşhur ulduzlar Beyons, Meray Keri, Mayli Sayrus, Pamela Anderson və başqaları da iştirak edib.

Qeyd edək ki, həmin mükafata nominantlar sırasında müğənni Röya Ayxanın da adı hallansa da, o, mərasimə qatılmaqdan imtina edib.

E.Ağalarovun mətbuat konfransından olan şəkilləri təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3950

Oxşar yazılar