Əməkdar artist: <span style="color:red;">"Müəllimimlə ailə qurdum"
07 aprel 2015 17:29 (UTC +04:00)

Əməkdar artist: "Müəllimimlə ailə qurdum"

Əməkdar artist Elşən Cəbrayılov şəxsi həyatından danışıb.

 

Lent.az-ın məlumatına görə, “Düzünü desək” verilişinə qonaq olan Akademik Milli Dram Teatrının aktyoru  deyib ki, o, 33 yaşında öz müəlliməsi ilə evlənib: “Həyat yoldaşıma ilk baxışdan aşiq olmuşam. O, mənim ingilis dili müəlliməm idi. Yaşda mən ondan böyüyəm. Onun yanına hazırlığa gedən zaman ilk baxışdan sevdim. Çox qəribə duyğular hiss etdim. Qızı görən kimi onu gəlinlik paltarında hiss elədim, özümü də bəy geyimində. Evə gəldim, anama dedim ki, mən o qızı sevirəm. Anam da dedi, “yeri get işinlə məşğul ol, sənin ipinin üstünə odun yığmaq olmaz”. Dedim yox, Vallah, həqiqi sevirəm. Beləliklə, 1-2 dərsə getdim, amma dərsi öyrənməmişdim. Sonra mənə dedi ki, “Elşən bəy, bir də dərsinizi öyrənməsəniz, gəlməyin”. Mən də ona məktub yazmışdım. Məktubu kitabın altına qoydum və bir də dərsə gəlmədim. Məktubdan sonra mənə nifrət etdi. Bir-iki ay depressiya yaşadım. Daha sonra anam elçi getdi. Beləcə ailə qurduq”.

 

Qeyd edək ki, 38 yaşı olan E.Cəbrayılovun həmin evlilikdən bir qızı və bir oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07