Müğənni Elton Hüseynəliyev və Sevda Yahyayeva xəstəlikdən əziyyət çəkən uşaqlar (Nübar, Leyla) üçün Heydər Əliyev sarayında “Ömür yarıda qalmasın” adı altında konsert veriblər.
Lent.az-ın məlumatına görə, konserti gecənin aparıcıları Afaq Gəncəli və Şəhriyar Əbilov açıq elan edib. Aparıcıların çıxışından sonra səhnəyə Elton çıxaraq ifaya başlayıb.
Müğənni ifasını bitirdikdən sonra Heydər Əliyev sarayının səhnəsində rəqqasə Fatimə Fataliyeva
və onun başçılıq etdiyi rəqs qrupu görülüb. Onlar “Odlar yurdu” rəqsini ifa təqdim ediblər.
Rəqsdən sonra müğənni Sevda Yahyayeva səhnəyə çıxaraq, musiqi nömrələrini təqdim edib.
Konsert Eltonla Sevdanın “ Sevgi nə demək” və ”Azərbaycan” dueti ilə yekunlaşıb.
Onu da əlavə edək ki, konsertə əməkdar artist Abbas Bağırov, müğənnilərdən Günay İbrahimli,
Aysel Əlizadə, Xatun Əliyeva, Zarina Məmmədova, prodüser Təranə Səmədova, Gülay
Zeynalova, idmanşı Kamil Zeynallı, aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli qatılıb.
Xatırladaq ki, konsertin təşkilatçısı prodüser Tolik (Tarix Əliyev) olub.
Qeyd edək ki, Nübar və Leylanın əməliyyatı üçün 30 min manat pul lazımdır.
Onlar İkinci dərəcəli skaliozdan əziyyət çəkirlər.