Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasına qatılıb, növbəti mərhələyə keçmə hüququ qazanan yeganə azərbaycanlı iştirakçılar Sevinc-Sevil bacıları sevərləri ilə görüş keçirib.
Bu barədə Lent.az-ı qrupun piyar meneceri Mehri Aliquliyeva məlumat verib. O, bildirib ki, bu görüşün təşkilindən əkiz bacıların xəbəri olmayıb və görüşü özü təşkil edib: “Əkiz bacılara maraqlı sürpriz hazırlamaq istəyirdim. Düşündüm nə edim? Sonra qərara aldım ki, pərəstişkarları ilə görüş təyin etdim. Hər şey ssenari üzrə quruldu. Bu işdə mənə təbii ki, qrupun prodüseri Nigar Muradın da köməyi oldu.
Elə Nigarla danışdım, sözləşdim ki, sənə zəng edəcəyim vaxtda qızları şou proqram və ya çəkiliş adı ilə görüş təşkil etdiyim yerə gətirərsən. Elə də oldu. Nigar əkiz bacıları ora gətirdi. Qızlar içəri girəndə isə şokda idilər. Fanat ordusunu görəndən sonra kövrəldilər. Çünki ilk dəfə idi ki, fanatları ilə görüşürdülər. Görüşdə sevənləri onları hədiyyə yağışına tutdur. Ən maraqlı hədiyyə isə üstündə Sevinclə Sevilin şəkli olan əllə çəkilmiş portret idi”.