Şou-biznesə yeni qədəm qoyan Sevinc və Sevil bacıları müğənni Nurlan Təhməzli ilə bir araya gəlib. Lent.az-a açıqlama verən qrupun meneceri Mehri Aliquliyeva bildirib ki, sənətçilərin bir araya gəlmələrinə səbəb, sözləri müğənni N.Təhməzliyə məxsus “Səni sevirəm” adlı bəstədir. Onlar birgə ifa etdikləri mahnıya qısa müddətdə klip də çəkdirmək niyyətindədirlər.
Klip çəkilişlərindən əvvəl sənətçilər fotosessiya etdiriblər.
Qeyd edək ki, əkiz bacılar yaxın günlərdə “Hardasan” adlı mahnıya da klip çəkdirəcək.