Ebru Gündeş: “Sərdar Ortac məni toyuna çağırmadı, dostluq bitdi”
09 iyun 2014 14:42 (UTC +04:00)

Ebru Gündeş: “Sərdar Ortac məni toyuna çağırmadı, dostluq bitdi”

Azərbaycanlı iş adamı Rza Zərrabla evli olan Ebru Gündeş irlandiyalı Xloe Luqnanla ailə qurmuş həmkarı Sərdar Ortacdan danışıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ebru Sərdarın toya çağırmadığına görə onunla münasibəti kəsdiyini deyib: “Sərdarı 1993-cü ildən tanıyırdım. Biz onunla pis günlərin dostu olmuşuq. Xatırlayıram ki, hətta onu həbs etmişdilər. Mən də onu ziyarətə getmişdim. Hətta eşitdim ki, həyat yoldaşım Rza həbsdə olanda məni axtarıb. İstəsə idi, tapardı. Toyuna da məni çağırmadı. Dostluğumuz bitdi”.

 

Qeyd edək ki, S.Ortac 1999-cu ildə əsgərlikdən yayındığı üçün 54 gün həbsxanada yatıb. Həmin müddətdə isə E.Gündeş dostunu ziyarətə gedib. Sərdar həbsdən çıxdıqdan sonra bu açıqlamanı vermişdi: “Bu çətin günlərdə mənim yanımda bir tək Ebru Gündeş var idi. Dostumun mənə verdiyi dəyəri ömrümün sonuna qədər unutmayacam”.

 

 

S.Ortac isə həmkarını toya çağırmamasına bu cür şərh verib: “Ebru indi yaxşı günlər yaşamır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Yalçın UĞUR

Oxşar yazılar