Dima Bilan Bakıya gəlir
23 iyun 2014 12:53 (UTC +04:00)

Dima Bilan Bakıya gəlir

Rusiyanın tanınmış müğənnisi, “Eurovision-2008” musiqi yarışmasının qalibi Dima Bilan Azərbaycanda gələcək. Lent.az-ın məlumatına görə, məşhur müğənnin ölkəmizə səfərinin məqsədi sentyabrın 25-də Heydər Əliyev Sarayında verəcəyi konsertdir. Saat 20:00-da başlayacaq gecəyə giriş 25-195 arasındadır. Biletləri şəhərin kassalarından eldə etmək mümkündür.

 

 

Qeyd edək ki, 1981-ci il dekabrın 24-də Qaraçay-Çərkəzdə anadan olan D.Bilanın bu günə qədər bir çox uğurları olub. İfaçı 2 dəfə ölkəsini “Eurovision” müsabiqəsində təmsil edib.  2006-cı ildə “Never Let You Go” adlı mahnısı ilə “Eurovision” müsabiqəsinə qatılsa da 1-ciliyi qazana bilməyib. Lakin 2008-ci ildə 2-ci dəfə eyni müsabiqəyə “Believe” adlı mahnı ilə qatılaraq, qalibiyyəti ölkəsinə qazandırıb.  

# 1052
avatar

Yalçın UĞUR

Oxşar yazılar