Son günlər gündəmdən düşməyən xalq artisti Brilliant Dadaşovanın Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatı alması ilə bağlı məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, B,Dadaşova əvvəlcə aldığı mükafatları mətbuatdan gizlətsə bu, çox davam etməyib. Məlum olub ki, okeanın o tayında xalq artistimizə 30 000 dollar pul və son marka “Mercedes” avtomobili də hədiyyə olunub.
Müğənni bahalı avtomobilinin Bakıya gətirib.
Qeyd edək ki, B.Dadaşova “Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.