Macarıstanın “Eurovision-2014” təmsilçisi Andraş Kallay-Sonders Azərbaycan təmsilçisi Dilarə Kazımovanın Budapeştə gəlişinə gözlənilməz hədiyyə hazırlayıb. Lent.az-ın məlumatına görə, Macarıstan təmsilçisi D. Kazımovanın bu il müsabiqədə çıxış edəcəyi “Start a Fire” mahnısını özünə məxsus şəkildə ifa edərək, Dilarəyə sürpriz edib.
D. Kazımova öz təəssüratlarını bu cür söyləyib: “Eşitdiklərimə inana bilmirdim! Mənim mahnımın kaver-versiyasını hazırlamaq çox gözəl addımdır. Şad oldum. O, bunun öhdəsindən 100% uğurla gələ bilib. Mahnımı oxuyan ən gözəl kişi ifaçısı məhz Andraş Kallay-Sondersdir”.
Həmin ifanı təqdim edirik: