Aşıq Zülfiyyə: <span style="color:red;">"16 yaşımda nişanım qayıtdı, 18 yaşımda isə qaçırtdılar"
27 mart 2017 18:44 (UTC +04:00)

Aşıq Zülfiyyə: "16 yaşımda nişanım qayıtdı, 18 yaşımda isə qaçırtdılar"

Aşıq Zülfiyyə şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Bir sevgi tarixçəsi” verilişinə açıqlama verən aşıq bildirib ki, 16 yaşında nişanı qayıdıb: “Sevib-sevilməyə vaxtım olmadı. 16 yaşımda elçi gəldilər. Məktəbi yeni bitirmişdim, mənə gülməli gəlirdi. İstəyənim çox olurdu. 18 yaşımın tamam olmağın gözlədilər ki, toy etsinlər. Bir dəfə eşitdik ki, guya yoldaşımın ailəsi deyib onu saz çalmağa qoymayacağıq. Atam əsəbiləşdi ki, niyə məni aldatdılar? Belə getsə, işi pozacam. Hətta əsəbiləşdi ki, üzüyü qaytarın. 8 ay nişanlı qalandan sonra üzüyümü qaytardım. 18 yaşım tamam olanda məni götürüb qaçdılar. Amma peşman deyiləm, gözəl insandır. Atamdan sonra mənə dayaq olan ikinci insandır. 27 ildir ailə qurmuşuq, cəmi 3 gün küsülü qalmışıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar