Sevda Yəhyayeva: “Mənə nə geyindirsələr, razılaşıram”
29 yanvar 2017 18:36 (UTC +04:00)

Sevda Yəhyayeva: “Mənə nə geyindirsələr, razılaşıram”

Müğənni Sevda Yəhyayeva rol aldığı “Sən olmayanda” serialındakı geyimlərinə görə tənqid olunmasına münasibət bildirib. Lent.az xəbər verir ki, musavat.com saytına açıqlama verən ifaçı deyib ki, sözügedən geyimlər serialın çəkiliş heyəti tərəfindən seçilir: “Serial çəkilişi yaxşı gedir. Çəkilişlərin bu qədər çətin olduğunu bilmirdim. Çox yorğun və yuxusuzam. Kənardan baxanda çox asan görünür. 2-3 saat yatmaq mənə möcüzə kimi gəlir. Gözəl komanda ilə çalışıram. Çəkiliş heyətini orada tanıdım, artıq hamısı mənə doğma olub. Canlandırdığım Aynur çətin anlar yaşayır. Belə baxıram ki, onun axırı yaxşı olmayacaq. Geyimlərim tənqid oluna bilər. Mən orada Aynurun həyatını yaşayıram. Mənə nə geyindirsələr, razılaşıram. Geyim seçimi mənə verilsəydi, elə geyinməzdim. Serialın çəkiliş heyəti elə tələb edir. Mən Sevdanı deyil, Aynuru canlandırıram. Yəqin, Aynur elə görünməlidir”.

 

Müğənni toyu olacağı barədə verdiyi açıqlamaya da aydınlıq gətirib: “Toy olacaq, amma dəqiq vaxtını bilmirəm. Bilirsiniz ki, şəxsi həyatım haqda danışmağı sevmirəm. Hər şey qismətdən asılıdır. Allah hamıya gözəl həyat qismət etsin, xanımlarımız xoşbəxt olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07