<span style="color:red;">"O qədər həsrətini çəkmişəm ki..."  - Təranə ondan danışdı - <span style="color:red;">VİDEO
19 iyul 2019 10:11 (UTC +04:00)

"O qədər həsrətini çəkmişəm ki..." - Təranə ondan danışdı - VİDEO

Azərbaycanlı prodüser Təranə Səmədova qızı Suel Səmədzadə barədə danışıb. Lent.az-a açıqlama verən prodüser bildirib ki, azadlığa çıxandan sonra qızına daha çox vaxt ayırır: “Bacardığım qədər günün əsas hissəsini qızıma ayırıram. Bəzən işlə bağlı harasa getmək lazım olanda deyir ki, mən də gedim. Yox deyəndə küsür. Onun o qədər həsrətini çəkmişəm ki, indi xətrinə dəymirəm. Hazırda 4-cü sinfə keçir. Qiymətlərinin hamısı əladır. Özünə də demişəm ki, çalış ki, bu qiymətləri 8-9-cu sinifdə də alasan. Vizajist olmaq istəyir, görək də”.

 

T.Səmədova daha sonra bildirib ki, yenidən şou-biznesdə işləmək təklifi alıb: “Bir neçə müğənnidən iş təklifi almışam. Bunlar arasında tanınmış müğənni ilə yanaşı, gənc müğənni də var. Hələ ki, təkliflərə açığam. Bir neçə dəfə müğənni seçimimdə yanılmışam deyə, indi də ehtiyat eləyirəm. Onlardan vaxt istədim, dedim ki, bir az zaman verin, daha sonra qərar verərəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258

Oxşar yazılar