Azərbaycanlı müğənni Sevda Sanalıyeva ikinci dəfə ana olacaq.
Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. Müğənni bildirib ki, 3 ay bu xəbəri mediadan gizlətməyə çalışıb: “Hamiləliyin ilk 3 ayı təhlükəli olduğuna görə, ikinci dəfə ana olmağa hazırlaşmağımla bağlı xəbərin mediaya çıxmasına qarşı idim. Artıq hamiləliyimin 4-cü ayına keçdiyimə görə bu məlumatı rahat deyə bilərəm. Mənə yaxın olan insanlar bilir ki, uzun illər övlad həsrətində olmuşam. Şükürlər olsun ki, tanrım bu həsrətimə son qoyub, mənə bir oğul övladı verdi. İndi ikinci dəfə də ana olmağa hazırlaşıram. Amma cinsiyyətini bilmirəm. Mənim üçün dünyaya gələcək övladımın qız və ya oğlan olması o qədər də fərq etmir. Təki sağlam övladım olsun. Allahın məsləhəti nədirsə, o da olsun”.
Qeyd edək ki, gizli ailə quran S.Sanalıyeva 2015-ci ilin fevralında ana olub.