<b>Mədətov canlı yayımda oğluna <span style="color:red;">MÜRACİƏT ELƏDİ : <span style="color:red;">"İlk dəfə açıqlayıram"</b>
16 may 2019 14:09 (UTC +04:00)

Mədətov canlı yayımda oğluna MÜRACİƏT ELƏDİ: "İlk dəfə açıqlayıram"

“Mən 2-ci dəfə toy etməmişəm, etmək də fikrim yoxdur”. Bu sözləri Lent.az-ın canlı yayımında prodüser Anar Mədətov deyib.

 

Prodüser bildirib ki, bir xanımla ailə qurmaq üçün ona elçi getmək lazımdır, nəsə məclis etmək lazımdır ki, bilinsin, bu qız küçədən çıxmayıb, normal ailənin övladıdır. "Ziyalı ailənin və Anar Mədətovun xanımı olacaqsa, arada məclis olmalı idi. Ona görə də xınayaxdı oldu. Bu xınayaxdı şəkilləri çıxanda, çıxıb deyə bilərdim ki, montajdır. Mən heç bir açıqlama vermədim. Hamı yazdı ki, Anarın toyu olacaq. Harda olacaq? Elə bir fikrimiz yoxdur. O ki qaldı kəbinə... Bəli, kəbinimiz də var. Mənim toy edən vaxtım deyil. İki gözəl balam var. İndi onların xeyir işi olan vaxtıdır. Yenə də onların toylarını mən edəcəm. Çünki onların atası mənəm”.

 

Anar Mədətov bildirib ki, artıq birinci xanımı Elnurə Mədətova ilə evli sayılmırlar: “İlk ailəmdən rəsmən boşandım. Məhkəmədən də xəbər verdilər ki, gəlib sənədi götürün. Bunu ilk dəfə açıqlayıram”.

 

Prodüser Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü, oğlu Mahir Mədətov barədə də danışıb. Bildirib ki, oğlu ilə sonuncu dəfə ötən ay söhbət edib: “Sonuncu dəfə Mahirlə aprelin 29-da məkanların birində söhbətimiz oldu. Orada onun dostları ona dedi ki, Mahir, sən təxribata getmə. Mən oğluma dedim kİ, həyatımda hər şey baş verə bilər. Bu gün burdan çıxaram, başıma daş düşər, ölərəm. Yəni, hər şey qismətdir. Qismətdə mənə 2-ci ailə də yazılıb. Söylədim ki, özünü əymə, özünü sındırma. Bilinmir ki, sabah sənin həyatında nə baş verəcək. Sənin işin futbol oynamaq və ananı, bacını qorumaqdır. Yenə də problem olsa, yanınızdayam”.

 

A.Mədətov canlı yayımda oğluna müraciət də edib: “Demək istəyirəm ki, Mədətov Mahir Anar oğlu 1997-ci ildə anadan olub. Süni yolla yaşını azaltmayıb. Mahir Mədətov Anarın oğludur, Anarı da bir kənara qoysaq, 10 milyonluq əhalinin oğludur, həm də simasıdır. Azərbaycanın bayrağını dünyada tanıdanlardan biridir. Mahir, məndən 10 gün yazacaqlar, yaddan çıxacam. Amma səndən hər zaman yazacaqlar. Özünü qoru. Onu bil ki, bu mövsüm sol ayaqla 16 qol vurdun, amma istərdim ki, gələn mövsüm sağ ayaqla 12 qol vurasan”.

 

A.Mədətov bildirib ki, oğlu ata adından və soyadından öz istəyi ilə imtina etməyib: “Mən bilirəm ki, bunu Mahir özü etməyib. Ona təzyiq olunub. Onlar bu addımı atmaqla, məni biabır etmirlər”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4083
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07