Türkiyənin tanınmış müğənnisi Hadisə İstanbulun Bakırköy hissəsində səhnə alıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən gün baş tutan konsertə giriş pulsuz olub. Gecəyə açıq libasda çıxan ifaçı bu sözləri deyib:
"Mənə bu havada üşüyərsən dedilər, amma mən bilirəm ki, sizin coşqunuz ortalığı isidəcək və mən üşüməyəcəyəm".