<span style="color:red;">"Maşın şou"nun qalibi:  "Sən necə kişisən ki, xanımın başqa kişiyə şərh yazır?!"
06 oktyabr 2017 12:17 (UTC +04:00)

"Maşın şou"nun qalibi: "Sən necə kişisən ki, xanımın başqa kişiyə şərh yazır?!"

 

“Maşın şou”nun qalibi, aktyor İslam Mehrəliyev sosial şəbəkədə məşhurların paylaşımlarına yazılan tənqidlərdən gileylənib. Lent.az-ın məlumatına görə, aktyor “Səhər-səhər” verilişində deyib ki, qadınların tənqid yazmasına pis baxır:

“Demirəm ki, məni hamı bəyənə bilər. Çəkildiyim filmdən nəsə paylaşılıb. Aşağıdan bir xanım yazır ki, “Bu nədir? Azərbaycan kişisinə yaraşmaz. Yekə kişisən, əyninə nə geyinmisən”.  Girib həmin xanımın səhifəsinə baxıram... Əgər sən Azərbaycan kişisindən danışırsansa, sənin yoldaşın necə kişidir ki, xanımına internetə girib, hansısa oğlana şərh yazmağa icazə verir?”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar