İradənin bacısı Nigar: “Yalan deyir, Ruslan əvvəl mənə evlilik təklif etmişdi” - MÜSAHİBƏ
05 noyabr 2013 11:10 (UTC +04:00)

İradənin bacısı Nigar: “Yalan deyir, Ruslan əvvəl mənə evlilik təklif etmişdi” - MÜSAHİBƏ

İradənin bacısı Nigar ailə qurduğu bəylə necə tanış olmasından və onun ilk xanımından danışdı

 

 

 

“Vaxtında düşünəydi. Kişi yaxşı qadını heç vaxt itirmək istəmir və itirməz”. Bu sözləri Lent.az-a müsahibəsində bir qədər əvvəl ailə quran, müğənni İradə İbrahimovanın bacısı, tanınmış vizajist-stilist Nigar İbrahimova deyib. Onunla görüşümüz çalışdığı məkanda oldu. Yeni biznesinin açılışına gedirdi. Bundan əlavə həmin günü vizajistlər arasında seminar da təşkil edirdi. Sözün qısası, N. İbrahimova Lent.az-a müsahibəsində son günlər şəxsi həyatı barədə dolaşan söz-söhbətlərə aydınlıq gətirəcək.

 

 

 

- İlk öncə başlayaq vizajistlər üçün təşkil etdiyiniz seminardan?

 

- Dörd ildir bu layihəni gözləyirdim. Nəhayət ki, açılış bu günə təsadüf etdi. Bu gün və dünən altı saat seminar keçdik. Bizim sahədə peşəkar makiyaj ustasına ehtiyac var. Azərbaycanda ilk dəfə bunu mən həyata keçirirəm. İnanıram ki, bu işdə insanlara xeyir verəcəm. Xaricdən olan məşhur vizaj ustalarını bura dəvət etdik ki, bizim gənclərə dərs keçsinlər. Onlar Azərbaycanlı həmkarlarıma vizajın sirlərini öyrədəcək. Bu biznesə İradəylə birgə imza atdım. Onu yenidən Azərbaycana bağladım ki, burdan heç zaman qopmasın. Müğənniliklə yanaşı, bu da onun sənətinin bir qolu olacaq.

 

 

- Layihənizdən söz açdınız,  Azərbaycanda ilk dəfə bunu etdiyinizi söylədiniz. Xeyirli olsun... Amma nədənsə işiniz yox, oktyabrın 31-də Ruslanla ailə həyatınızı qurmağınız səs-küyə səbəb oldu...

 

 

- (Bir az düşünür) Mən bilirdim ki, siz bu sualı verəcəksiniz. Yalçın, mənim kefimə soğan doğramayın. Mənim toyum ajiotaj doğura bilər. Baxın, toy xəbərimi iyirmi minə yaxın insan oxuyub. Oxuyanların hər birinə təşəkkür edirəm. Yaxşı fikirlər söyləyəndə olub, söyləməyəndə. Məni sevənlər var. Məni başa düşən qadın çoxdur. 2001-ci ildən bu sahədəyəm. Bu günə qədər mənim əhatəmdə olan qadınlar var. Onların həm dərdinə, həm şərinə, həm xeyrinə şərik olmuşam. Və buna görə də, qadınların nəyi yaşayıb, yaşamadıqlarını çox gözəl bilirəm. 

 

 

 

- Ailə qurduğunuz Ruslan bəyin ilk həyat yoldaşı Samirə xanımın mətbuata verdiyi açıqlamalarını eşitməmiş olmazsınız...

 

- O xanıma da hörmət edirəm. Hörmətsizlik etdiyini də qoyaq bir kənara. Heç bir mənbəyə sığmayan sözlər var açıqlamasında. Heç bir əsasa söykənməyən sözlər deyir. O xanım Ruslanı axtarmadı, soruşmadı, dəyər vermədi. Özü öz xoşluğu ilə getdi. Samirə xanım belə bir şey deyib ki, “üç ildir uşağım dünyaya gəlib, üç otaqlı evdə yaşaya bilmədim və getdim”. Ay Azərbaycan qadını, mənim nənəm, on bir uşaq dünyaya gətirib. Üç otaqda da uşaqlarını pis, yaxşı böyüdüb, qayğısını çəkib. Qaynana, dayə köməyi olmadan böyüdüb. Sən üç uşağı qaynananın yanında saxlaya bilməyib, necə gedə bilərsən? Yoldaşın içmir, çəkmir, avara deyil, özün də deyirsən ki, tikintidə kadrlar şöbəsində işləyir. Bu sözləri hansı Azərbaycan qadını deyər? Hansı Azərbaycan qadını üç otaqlı evdə yaşamayıb, dörd il yoldaşını başlı-başına qoyar? Bu gün dəyərsiz saydığın kişi, sabah bir xanım tərəfindən dəyərləndirilər axı? Ailəni idarə edən kişidir. Amma qadının da böyük rolu var. Ona demək istəyirəm ki, sən qadın olaraq bir dəfə əziyyət çəkib həyat yoldaşına səhər yeməyi hazırladınmı?  Qayğısına qaldınmı? Düşündünmü ki, qız uşağı dünyaya gətirmisən. Sabah qızın ailə həyatı quranda deməyəcəklər ki, hanı bunun ata tərəfdən bibisi, nənəsi? Sən heç hörmət yeri qoydunmu? Sənin qayınatan çox savadlı və ali təhsilli, üç diplomludur. Qaynanan da ali savadlı, iki yerdə işləyir. Səni döyən, söyən olmayıb. Hər zaman alnından öpüblər. Onun sözlərində daha bir yalan var. Deyir ki, biz evli ola-ola Nigar bizim ailəmizə toxundu. Bu, absurddur. Çünki, qohumlar, qonşular var, soruşa bilərlər. Yenə də deyirəm, kişi yaxşı qadını heç vaxt itirmək istəmir. Ailə qanunları var. O qanunlardan kənara çıxmaq olmaz. Çox xırda bəhanədir. Üç otaq idi, ikinci uşağım dünyaya gəldi, getdim ata evimə. Nə qədər ata evinə getmək olar? Bir gün bilmirsən ki, o ər səni başsız qoyacaq?

 

- Yoldaşınız övladlarını görməyə gedirmi?

 

- Bu, məni maraqlandırmır. Çünki, mən sağlam ailə qurmuşam. Ailə qurduğum ailədən də məmnunam, xoşbəxtəm. Mən üçüncü bir şəxsə qulaq asmaq istəmirəm. Mənim ailəmdə üçüncü bir şəxsin işi ola bilməz. Dönə bilər baldızlarım, baldızlarımın yoldaşları, qayınatam, qaynanam və yeni həyatımda yaranan yeni nəslim. Məni heç bir şey maraqlandırmır. Çünki, məndən öncə iki bacım ailə qurub. Hər ikisinin də sağlam, nəsilli- köklü ailəsi var. İndi də mən ailə qurmuşam. Mən də qurduğum ailənin təməlini o qədər möhkəm qurmuşam ki, qəbirə qədər belə olacaq.

 

 

- Ruslan bəylə necə tanış olmunuz?

 

 

- Mən onu on iki il bundan öncə tanımışam. Biz bir yerdə çalışırdıq. Biz qonşu idik. Mənim işim ondan, onun da işi məndən keçirdi. Bir-birimizlə salamlaşırdıq. Heç o xanım Ruslanın həyatında olmadığı zamanlarda da o  mənə evlilik təklif etdi. Amma mən bu evliliyi işlərimə görə ciddiləşdirə bilmədim. Sonra xarici ölkələrə seminarlara, təcrübə yığmağa getdim. O da getdi normal, sağlam, ağıllı bir qız deyərək onu aldı. Mən ailə qurandan qabaq bu məsələlər aktual olmayıb. Mən il yarımda bu ailəni soruşmuşam seçmişəm. Baxdım ki, bunu hansısa qadına bağlayan bir səbəb yoxdur. Niyə Ruslan subay qalıbdır? Nigar da araşdırıb, soruşub, öyrənib onunla ailə qurub.

 

 

- Bəs evlilik təklifini necə etdi?

 

- İşlə bağlı zəng etmişdi. Mənə dedi ki, iş yoldaşı Ulduz adında bir gəlin var, istərdim ki, bunu sən bəzəyəsən. Özü də çox xahiş edib ki, siz bəzəyəsiniz. Həm də ona endirim edəsən. Məndə söylədim ki, heç bir problemi yoxdur, sənə görə edərəm, göndər gəlsin. Danışıqdan iki ay sonra Ulduz xanımın toyu oldu. Sonra yenə Ruslan məni yığdı, saat doqquzun yarısı idi. Götürdüm telefonu dedi ki, bağışla narahat edirəm. Dedim heç bir narahatçılığı yoxdur. Mən subay qızam. Mənim həyatımda məsuliyyət daşıdığım kişi yoxdur. O da “mən də subayam”  dedi. Dedim ki, bəs sən evlənmişdin axı? Söylədi ki, kitab çoxdan, üç ildir bağlanıb. Məndə düşündüm ki, kişi xeylağıdır, bu sözü deyə bilər. Araşdırdım, gördüm ki, subaydır. O subay oğlan, mən subay qız, evlənməyə qərar verdik. Altı ay idi ki, o mənə elçi gəlmək istəyirdi. Sadəcə mən layihəmə zaman ayırırdım deyə, ayın iyirmisi nişan oldu. Otuz biri isə toyum. Çünki, nişanlı qalmağı sevmədiyim üçün toyumu tez elədim.

 

 

- Eşitdiyimizə görə, toyunuzda bəzi tanınmışlar inciyib, gedib?

 

- Heç bir inciyən olmayıb. Bütün diqqət etdiyimiz, insanlara dəyər verib, əyləşdirmişdik. Bu işdə isə İradəyə çox sağ ol düşür. Onun sayəsində qonaqlarımız yaxşı qarşılandı. Yaxşı da toyumuz oldu. İstərdim ki, həmin toyu yenidən yaşayım. Çox gözəl toy olduğunu, məclisdən sonra hamı mənə dedi. Anlaşılmazlıq olmayıb orda. Xaricdən gələn musiqili qonaqları da İradə mənə hədiyyə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12897
avatar

Yalçın UĞUR

Oxşar yazılar