“Recep İvedik”in Azərbaycanla bağlı səhnəsi qalmaqal yaratdı - <span style="color:red;">VİDEO
16 yanvar 2017 23:30 (UTC +04:00)

“Recep İvedik”in Azərbaycanla bağlı səhnəsi qalmaqal yaratdı - VİDEO

Türkiyədə yayımlanacaq “Recep İvedik 5” filminin treylerindəki boks səhnəsi müzakirəyə səbəb olub.

 

 

Lent.az-ın məlumatına görə, fevralın 17-də ekranlara çıxacaq filmdə azərbaycanlı boksçu ilə bağlı səhnə hiddət yaradıb.

 

Türkiyənin “Hürriyyət” qəzetinə açıqlama verən Girəsun Universitetinin əməkdaşı, professor Aygün Attar bildirib ki, treylerdə Türkiyə-Azərbaycan münasibətlərinin məzmununa uyğun olmayan səhnələr var.

 

Treylerdə əks olunan səhnə isə belədir: Boks yarışında Azərbaycan və Türkiyə boksçuları qarşılaşır. Sinəsində Azərbaycan bayrağı olan “idmançı” “mən səninlə cəng etməyə gəlmişəm” deyə türkiyəli “idmançı”ya qəzəblə hücum edir. Türk “idmançı” (Recep İvedik) “Mən də sənin ağız-burnunu qırmağa gəlmişəm” deyib, yumruğu digər aktyorun sinəsindəki Azərbaycan bayrağının üstünə vurur. Azərbaycan türkünü təmsil edən “idmançı” isə yerə sərilir.

 

Aygün Attar hesab edir ki, bu səhnə “adi komediya deyil, insanları güldürmək üçün hazırlanmayıb”.

 

 O,  Şahan Gökbaharı “ucuz üsullarla “komediya” yaratmaqda” ittiham edib.

 

“Ətrafda bu qədər rəqib ölkə varkən, sırf zarafat olsun deyə iki qardaş ölkəni qarşılaşdıran zehniyyət bu halın zarafatının belə yaxşı olmadığını anlamalıdır” deyə A. Attar əlavə edib: “Nəinki Azərbaycanın, dünyanın heç bir ölkəsinin bayrağına komediya olsun deyə yumruq vurmaq qəbuledilməzdir”. 

 

Şahan Gökbahar isə sosial şəbəkədə buna münasibət bildirib və "biz üzmək üçün yox, güldürmək üçün varıq" deyə qeyd edib: "Bizdə qardaş ölkəmizə yanlış olmaz".  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07