Aftandil İsrafilov
03 dekabr 2022 10:45 (UTC +04:00)

Aftandil İsrafilov

Xalq artistinin vəziyyəti KRİTİKDİR

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovdan yeni xəbər var.

Lent.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran və qarmon ifaçısı Orxan Mirnatiqoğlu sosial şəbəkə hesablarında məlumat yayıblar. Hacı Nuranın sözlərinə görə, Aftandil İsrafilov təcili xəstəxanaya aparılıb və vəziyyəti kritikdir:

"Onun xəstəliyi barədə bilirdim. Düzü, inanmamışdım eşitdiklərimə. Biz nədən sığortalanmışıq ki? "Şöhrət” ordeni ilə təltif edilən, Azərbaycan Respublikasının Xalq artisti Aftandil İsrafilov. İndi isə sağlamlığı onu yarıyolda qoydu. Təcili şəkildə xəstəxanaya yerləşdirilən sənətkarın vəziyyəti kritikdir. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Xərc çox, ümid az... Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki, sənətkar ayağa qalxsın. Təki, onu xilas edək".

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən ifaçı noyabrın əvvəli xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı.

# 4704
avatar

Nigar Namiq

Oxşar yazılar