Unudulan məşhurlar   - Azərbaycanın ilk rep qrupu - "Dəyirman"ın üzvləri indi HARALARDADI?
17 noyabr 2022 18:26 (UTC +04:00)

Unudulan məşhurlar - Azərbaycanın ilk rep qrupu - "Dəyirman"ın üzvləri indi HARALARDADI?

“Dəyirman” qrupu 1995-cı ildə 4 gənc repçi tərəfindən yaradılıb. Onlar Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və sonralar qrupu tərk etmiş Anar Abdulladır. Qrupun heyəti və prodüseri Emin Əfəndi Azərbaycan Memarlıq və İnşaat Universitetində birlikdə təhsil alıblar. Anar Abdulla isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdirildi. Qrupun geyim tərzi Azərbaycan səhnəsinə yenilik gətirir. Hətta, gənclər boş cinslər, bandana, kepka, ölçüsüz köynəklər kimi amerikansayağı geyimlər geyinir və bu, dəb halına gəlir.

Qrupun ilk olaraq müqavilə imzaladığı “VVS Records” musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. Yəni, qrupun ifa etdiyi tərz qarışıq, fərqli bir ab-hava yaradırdı. Burada təbii ki, Hip-hop, R&B, caz kimi janrlardan söhbət gedir. Qrup insanlar tərəfindən o qədər tez qəbul olundu ki, 1996-ci ildə Azərbaycan səhnəsinin "Ya Qarabağ, Ya Ölüm" treki ilə uğur qazanıb. Bu, müharibə şəraitində yaşayan xalq üçün vətənpərvərlik şüarına çevrilir. Hətta belə məlumat var ki, bu mahnıya görə qrupa Türkiyədən dəstək gəlirdi. Mahnının sözləri Ozan Arifə, musiqisi Aytən İsmixanova və qrupun solisti ABD Malikə aiddir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.

"[email protected]" adlanan alboma vokal yazmağa dəvət olunan Leyla adlı tələbə 2000-ci il aprelin 22-də "Sarı gəlin” mahnısının yeni versiyasını yazır. Bu, "İlin ən yaxşı video klipi" nominasiyasında “Humay” mükafatına layiq görülür. Anar və Elmir 2004-cü ildə Rusiya rep sənətçiləri ilə əlaqələr qurmaq üçün Moskvaya getsələr də, Anar qəzaya uğrayır və əməkdaşlıq baş tutmur. 

Daim inkişaf etmək üçün çalışan "Dəyirman" London azərbaycanlılarının cəmiyyətinin dəvəti ilə 2006-ci ildə Londonun "İSİS" klubunda, 2007-ci ildə Moskvada "Azərbaycan" mədəniyyət və təhsil mərkəzi tərəfindən təşkil edilmiş "Qırmızı baharlı Novruz" adlı xeyriyyə konsertində çıxış edib.

"Dəyirman" qrupu uğurlu olsa da, qrupun əsas gəliri, müxtəlif kommersiya fəaliyyətlərindən gəlirdi. Yəni, Elmir və Malik reklam işində özlərini sınamağa qərar verirlər, Miri Yusif isə klub-restoran açır.  

2010-cu ildə "Dəyirman" və ABŞ-ın məşhur repçisi Toni Blekmen "Xocalıya Ədalət" rep mahnısını yazırlar. Mahnının aranjimançısı “Qremmi” mükafatına sahib olan Qordon Vilyamsdır. Klipin çəkilişləri isə Şəhidlər Xiyabanında, Azərbaycanın məcburi köçkünlərinin məskunlaşdığı ərazilərdə aparılır. Mahnıda müasir rep ritmləri ilə yanaşı Azərbaycan milli musiqisinin elementləri - muğam və balaban musiqisindən də istifadə edilib. Bu da ermənilərdə qıcıq yaradır. 

2010-cu il mayın 21-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dəyirman" qrupunun 15 yaş konserti Yaşıl Teatrda keçirilib. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya Ayxan, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. Azərbaycanın ilk rep qrupu fəaliyyət göstərdiyi dövrlərdə “[email protected]”, “Qurd”, “Gözümüz sözdür”, “Corc Buş haralıdır?”, “Atmosfer”, “Bərk sürən” kimi albomlar çıxarır, tamaşaçılara bir sıra yaddaqalan mahnılar təqdim edir.

İndi isə onların haralarda olduğu ilə maraqlandıq. Miri Yusif qrup dağılandan sonra solo karyerasına başlayıb, Xalq artisti adı alıb və indi də konsertlər verməyə, mahnılar, kliplər təqdim etməyə davam edir. Ailəlidir, üç övladı var.
ABD Malik aparıcıdır. Onun şəxsi biznesi, ətir kolleksiyası var. Hətta müsahibələrin birində ““Dəyirman”nın zamanında Miri Yusif və Emil mənə deyirdilər ki, mütləq ətir brendini yaratmalısan, bu işdən başın çıxır. Fransada ətir kursları keçdim, diplom aldım”, - deyə, o, bildirir. Malik ailəlidir, iki övladı var.
Elmir Məhərrəmov 2018-ci ildən bəri Amerikada yaşayır. O, “Youtuber”dir və kanalı üçün rep musiqisi ilə bağlı bloqlar, videolar çəkir. Elmirin digərlərindən fərqli olaraq, repdən uzaqlaşmadığını desək, yanılmarıq. Ailəlidir, iki övladı var. Həmkarı ABD Malikin sözlərinə görə, Elmir Azərbaycandan ABŞ-a küsüb gedib. "O, imkansız və kasıb müğənni idi. Ümumiyyətlə, qrupumuz imkansız idi. Hər şeyi özümüzün gücü ilə etmişik. Elmir özünü müğənni kimi heç kimə sübuta yetirə bilmədi. Lakin o, çox istedadlı və bacarıqlı insandır. Elmir maliyyə çətinlikləri çəkirdi. Burada lazımi dəstəyi ala bilməyən Elmir küsüb, ABŞ-a köçdü. Elmir Bakıda olanda reklam şirkətinin kreativ rəhbəri idi. Amma o, yüksək yerlərdə olub daha çox şey qazanmaq istəyirdi. Əfsuslar olsun ki, alınmadı", - deyə, Malik müsahibələrinin birində bildirib.
Anar Abdulla haqqında mediada çox məlumat yayılmasa da, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, onun iş adamı olduğu, xaricdə yaşadığı məlum oldu. O da ailəlidir.

 

# 3708
avatar

Nigar Namiq

Oxşar yazılar

Madonnanın filmi niyə  təxirə düşüb?   - SƏBƏBİ

Madonnanın filmi niyə təxirə düşüb? - SƏBƏBİ

30 yanvar 2023 , 15:07
Azərbaycan serialındakı öpüşmə səhnəsi GÜNDƏM OLDU  - VİDEO

Azərbaycan serialındakı öpüşmə səhnəsi GÜNDƏM OLDU - VİDEO

30 yanvar 2023 , 13:36
Məşhur bəstəkar  ÖLDÜ

Məşhur bəstəkar ÖLDÜ

30 yanvar 2023 , 13:04
Aktrisa 28 kilo  arıqladı: İndiki halına baxın - FOTO

Aktrisa 28 kilo arıqladı: İndiki halına baxın - FOTO

30 yanvar 2023 , 12:11
Aktrisa 84 yaşlı ərindən  hamilədir

Aktrisa 84 yaşlı ərindən hamilədir

30 yanvar 2023 , 10:49
Əmrahın oğlu nişanında "Yaşa, Azərbaycan" mahnısına OYNADI  -VİDEO

Əmrahın oğlu nişanında "Yaşa, Azərbaycan" mahnısına OYNADI -VİDEO

30 yanvar 2023 , 10:33
"Nə olursa, olsun xərçəngə qalib gələcəm" - 86 yaşlı aktyor

"Nə olursa, olsun xərçəngə qalib gələcəm" - 86 yaşlı aktyor

30 yanvar 2023 , 10:02
Tanınmış aktrisa anasının  fotosunu paylaşdı: "Gözəlliyini..."

Tanınmış aktrisa anasının fotosunu paylaşdı: "Gözəlliyini..."

30 yanvar 2023 , 09:48