Türkiyənin tanınmış “Küçük hanimefendi” serialının “Neriman”ı Cansu Tosun yeni açıqlaması ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, Nişantaşında görünən aktrisa jurnalistlərin suallarına iddialı cavab verib. O, “Estetik etdirməyən tək aktrisa mənəm”, - deyib.
Üzünə heç bir müdaxilə etdirmədiyini deyən sənətçi sözlərinə belə davam edib:
“Təbii ki, rol üçün dəyişmək, dodağın şişməsi lazım olur. Botoks edərsiniz, ya da almacıq sümüyünə bir şeylər edərsiniz. Hər şey mümkündür artıq, amma vacib olmadıqca etmirəm. Mən təbii olanda daha çox xoşbəxt oluram”.
Qeyd edək ki, Cansu Tosun həmkarı Erkan Kolçak Köstendil ilə 2018-ci ildən bəri evlidir. Onların Marsel adlı bir oğulları var.