Tanınmış müğənnimiz BOŞANDI  - Rəfiqəmin bacısı ilə xəyanət etdi
19 aprel 2021 09:20 (UTC +04:00)

Tanınmış müğənnimiz BOŞANDI - Rəfiqəmin bacısı ilə xəyanət etdi

Müğənni Roza Zərgərli boşanıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə  “ATV maqazin onlarla” verilişində deyib.

“Mənim gözəl tərəf müqabilim və ailə başçımın həyatında 4 ildir qadın var imiş. Gözəl qadındır. Dəhşətli dərəcədə gözəldir. Zövqünü bəyəndim. Həmin xanımın da bacısı mənim rəfiqəm imiş. Düzdü mənim qədər gözəl ola bilməz, amma gözəl idi. Əgər bir qadın 3 ildir ağrıkəsici ilə yaşayırsa, bu qadın xəstədirsə həmin qadına deyir ki, nə oldu? Sən mənə çatanda xəstəsən, zarıldayırsan, heç efirə çıxanda xəstə olmursan? Ayrıldıq... Bu qərarı da mən verdim. Çox istədim ki, övladımız olsun, amma alınmadı. Daha sonra övladlığa uşaq götürdüm. Lakin o da bizi birləşdirmədi. İndi barışmaq istəyir. Əgər o münasibətdən övladı doğulmasaydı, mən bağışlayardım”.


Müğənni Roza Zərgərli 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9246
avatar

Yalçın UĞUR

Oxşar yazılar