Tanınmış aktrisanın yeni evinin  DODAQ UÇUQLADAN   qiyməti - FOTO
14 noyabr 2022 18:05 (UTC +04:00)

Tanınmış aktrisanın yeni evinin DODAQ UÇUQLADAN qiyməti - FOTO

"Yaprak dökümü" serialında ifa etdiyi Leyla obrazı ilə populyarlaşan Gökçe Bahadır yeni ev alıb.

Lent.az xəbər verir ki, o, iki il əvvəl 4 milyon türk lirəsinə aldığı Alaçatıdakı villasını 6 milyon lirəyə satıb. Onun da üzərini düzəldib on milyon lirəyə Bodrumdan ev alaraq, əri ilə birgə ora köçüb. 

Gökçenin qazandığı pulları daşınmaz əmlaka yatırdığı məlum olub. Onun evləri barədə xəbərlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Qeyd edək ki, 40 yaşlı Gökçe Bahadır 44 yaşlı musiqiçi sevgilisi Emir Ersoyla bu ilin fevral ayında ailə qurub. 

# 4761
avatar

Nigar Namiq

Oxşar yazılar