Müğənni Sevinc-Sevil bacıları
15 aprel 2021 10:10 (UTC +04:00)

Müğənni Sevinc-Sevil bacıları

Rusiyaya toya gedən müğənniləri lağa qoydu: "Göyərti qiymətinə..."

“Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz".

Lent.az xəbər verir ki, bu sözləri əkiz bacılardan biri olan Sevinc Səfərova "Səhər mərkəzi" proqramında deyib. İfaçı  Rusiya toylarına gedən həmkarlarını lağa qoyub:

"Mənə bloqqer Sevinc deyirlər. Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, "YouTube" hesabına dolanıram. İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki...

Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil hamı köçsün ora".

Müğənni Sevinc-Sevil bacıları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5895
avatar

Yalçın UĞUR

Oxşar yazılar