Röya Ayxan ən böyük arzusunu AÇIQLADI   - VİDEO
29 yanvar 2024 10:50 (UTC +04:00)

Röya Ayxan ən böyük arzusunu AÇIQLADI - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.

Lent.az xəbər verir ki, bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. 

“Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir,” - bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı fikirlərini bölüşən populyar müğənni, Xalq artisti Röya Ayxan deyib. 

Xalq artistinin arzusu işğaldan azad olunmuş ərazilərdə böyük orkestrlə konsert verməkdir. “Biz evimizə qayıdırıq,” - deyən Röya Ayxan keçmiş məcburi köçkünlərə çağırış edib: “Sevərək evlərinizə dönün”. 

İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbrsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Onların arasında hamımızın yaxından tanıdığı mədəniyyət və incəsənət xadimləri də var. Dövlət Komitəsi bununla bağlı hazırlanmış videoçarxları təqdim edir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5088
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07