Xalq artisti Rafiq Hüseynov, yoldaşı Gülü
12 aprel 2021 12:06 (UTC +04:00)

Xalq artisti Rafiq Hüseynov, yoldaşı Gülü

Rəmişin arvadı övladlığa uşaq götürdü - İLK DƏFƏ AÇIQLADI

“Rəmişin qardaşı qızını övladlığa götürdüm”.

Bu sözləri Lent.az-a açıqlamasında mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülşən Hüsenyova (Gülü) deyib:

“Rəmişlə ailə quranda 23 yaşım var idi. Heç zaman övladım olsun deyə düşünmədim. Mən Rəmişi o qədər sevirdim ki, heç bala zad düşünmürdüm. Rəmişi sevirdim, yenə sevirəm, ölənə qədər də sevəcəm. Mən onu özümə övlad bilirdim. İndi Rəmiş yoxdur, onun  qardaşı qızı Günel xanımı övladlığa götürmüşəm. Elə körpəlikdən Günel xanım mənim əlimdə böyüyüb. Günel artıq mənim övladımdır. Onu mən övlad kimi qəbul eləmişəm”.  

Qeyd edək ki, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olan R.Hüseynov aprelin 5-də dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17955
avatar

Yalçın UĞUR

Oxşar yazılar