“Qonşudan borc çörək alırdım” - Bahar Lətifqızı
24 yanvar 2024 12:23 (UTC +04:00)

“Qonşudan borc çörək alırdım” - Bahar Lətifqızı

 Müğənni Bahar Lətifqızı qonaq olduğu “Rəngarəng səhər” verilişində kövrək anlar yaşayıb.
Lent.az-ın xəbərinə görə, müğənni uşaq vaxtı yaşadığı çətin  günləri xatırlayıb. 

“Qonşudan borca çörək alırdım. Sonra aldığım çörəyi axşama qaytarmalı idim. Mənim evdə olduğumu qonşu bilməsin deyə işıqları söndürürdüm. Çox əziyyət çəkmişəm. Qonşuların köhnəlib deyə çöl qapıdan asdıqları çörəyi belə yediyim günlər olub”,- deyən müğənni indi artıq heç bir dərdinin qalmadığını bildirib.

“Mənim artıq heç bir dərdim yoxdur. Çünki iki gözəl balam var. Allaha hər zaman deyirdim ki, hamı ana oldu, amma mənim övladım olmadı. Allah deyirmiş ki, səbirli ol. Hər şeydən əlimi üzəndə, Allah mənə onları pay verdi”,- deyə o bildirib.
 

# 5805
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar