Məşhur reperin 3500 dollarlıq  suyu
27 yanvar 2023 09:40 (UTC +04:00)

Məşhur reperin 3500 dollarlıq suyu

“Çakal” ləqəbi ilə tanınan türkiyəli məşhur reper Emirhan Çakal dostları ilə Mayamidəki restoranlardan birinə gedib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur reper 3 min 500 dollar dəyərində su sifariş edib.

Şəhərin ən dəbdəbəli restoranlarından biri olan “Wet Miami”də bahalı içki menyusu, həmçinin xüsusi su kolleksiyası var. 

Qeyd edək ki, 3 min 500 dollar dəyərində yapon brendi olan bu su “Swarovski” daşları ilə bəzədilmiş məhdud sayda butulkalarda təqdim edilir.

# 2106
avatar

Arzu Qurbanlı

Oxşar yazılar