Məşhur müğənni güllələnməsindən  DANIŞDI
14 mart 2022 16:25 (UTC +04:00)

Məşhur müğənni güllələnməsindən DANIŞDI

Türkiyənin məşhur müğənnisi  İbrahim Tatlısəs güllələnməsi haqqında danışıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə özünün “İbo Show” proqramında söz açıb: 

“Mən güllələnmə anını hiss etdim. Başımdan bir şeyin damcıladığını görüb, həkimdən bunun nə olduğunu soruşdum. O,  cavabında qanın axdığını dedi. Başımı yana çevirməsəydim, güllə tam orta hissəyə dəyəcəkmiş”. 

Tatlısəs həyatı üçün təhlükə yaradan ağır əməliyyatdan sonra da heç vaxt inamını itirmədiyini vurğulayıb. 

“Ayaqyoluna gedə bilmirdim, ağzımdan su axırdı. Allaha şükür edirəm ki, o çətin günlərdən bu vəziyyətə gəldim. Sağalma prosesində heç vaxt ümidimi itirməmişdim” – müğənni bildirib. 

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qalmışdı. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5319
avatar

Sevinc Fərid

Oxşar yazılar