Məşhur model və bloger Oksana Somoylova psixikasında yaranmış problemlərdən gileylənib.
Lent.az-ın xəbərinə görə, öz sosial şəbəkə hesabında məlumat paylaşan model ailəsini daima sərt nəzarət altında saxlayırmış və bu səbəblə psixiatra müraciət edib.
Həkimin təklif etdiyi müalicə üsulu çox maraqlı olub. O modelə ərindən və uşaqlarından uzaqda, tək istirahət etməyi, özünü tez-tez qeyri-müəyyən durumlara salmağı tövsiyə edib.
“15 ildə ilk dəfə onlardan ayrı qaldım. Anlamalıyıq ki, ailəmiz biz olmadan da həyatda qala bilir və onlar başlarının çarəsinə baxmağı öyrənməlidirlər”,- deyə model xanım bildirib.