Türkiyəli aktrisa Berna Laçın ağır xəstəliyə tutulduğu üçün təcili əməliyyat olunacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə özü məlumat yayıb. 54 yaşlı aktrisanın onurğa beynində şiş aşkarlanıb.
"Birdən ortaya çıxdı. Həyatım üçün ciddi təhlükədir. Həkimlər yeriməyimə qadağa qoyublar. Onurğa beynindəki problem səbəbi ilə təcili əməlyyat olunmalıyam", - Berna bildirib.