Məşhur aktrisa: “Doğuşda heç belə ağrı çəkməmişdim”
18 iyun 2022 18:52 (UTC +04:00)

Məşhur aktrisa: “Doğuşda heç belə ağrı çəkməmişdim”

Məşhur aktrisa: “Doğuşda heç belə ağrı çəkməmişdim...”

“Ondan ayrılanda yaşadığım acı uşağımı dünyaya gətirən zaman çəkdiyim ağrıdan daha güclü idi...”

Lent.az xəbər verir ki, bu sözləri özəl həyatı haqqında çox az açıqlama verən amerikalı məşhur aktrisa Rachel Bilson deyib. O, mediadan gizlətməyə çalışdığı, lakin 2020-ci ildə ayrıldığı keçmiş sevgilisi ssenarist Bill Haderlə əlaqəli bir sıra etiraflar edib. 

Aktrisa qatıldığı populyar proqramların birində deyib ki, ayrılığının pandemiya ilə toqquşması onun üçün çox baha başa gəlib:

“Evdən çıxa bilmirdim. Evdə oturub duyğularımla mübarizə aparmaqdan başqa çarəm yox idi. Bu, mənim bu günə qədər yaşadığım ən çətin şey idi. Təsəvvür edin, onunla ayrılanda hiss etdiyim ağrı uşağımı dünyaya gətirəndə çəkdiyim ağrıdan daha güclü idi...”. 

Onun etiraflarına təəccüblənən aparıcı sıxıntılarının öhdəsindən necə gəldiyi barədə sualına isə aktrisa “Yalnız həqiqətlərlə üz-üzə gəldiyiniz zaman bunu aşa bilərsiniz. Hiss edəcəksiniz, “hə, mən bunu bacardım” – deyəcəksiniz”. 


 

# 3042
avatar

Nigar Namiq

Oxşar yazılar