Mənzurəyə efirdə elçi gəldi - KİŞİ EFİRƏ ÇIXDI : "Yox desə, qaçırdacam" - VİDEO
13 aprel 2021 09:22 (UTC +04:00)

Mənzurəyə efirdə elçi gəldi - KİŞİ EFİRƏ ÇIXDI: "Yox desə, qaçırdacam" - VİDEO

Müğənni Mənzurə Musayeva “Heç vaxt heç yerdə” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, efirdə Rasim adlı bir bəy ifaçıya elçi düşüb. O, bildirib ki, fikri ciddidir:

“Həyat yoldaşım dünyasını dəyişib. Üç övladım var. Qızım ərə getdi. İndi balaca oğlumla qalıram. Övladlarım da Mənzurə xanımı qəbul edir. Balalarımın canı, Allaha and olsun fikrimdə ciddiyəm. Mənə nə olub ki? Məndən artıq oğlana ərə gedəcək? Mənzurə xanım istəsə bizim, ya da onun evində qala bilərik. Fərqi yoxdur. Bəlkə sabah Mənzurə xanımla verilişdən sonra bir çay içək, bir-birimizi yaxından tanıyaq. İstərdim ki, o, mənim həyat yoldaşım olsun. Razı olmasa, qaçırdacam”.

Rasim bəyin fikirlərinə M.Musayevanın cavabı belə olub: “Mən ailə qurmaq istəmirəm. Mənlə evlənmək istəyən 27 nəfəri telefonda bloka atmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27729
avatar

Yalçın UĞUR

Oxşar yazılar