Müğənni Mənzurə Musayeva gözəlləşmək üçün bıçaq altına yatıb.
Lent.az-ın xəbərinə görə, müğənni üzündə plastik əməliyyat etdirib.
O, botoks iynələri, müxtəlif gözəllik prosedurlarından yorulduğunu, üzündə birdəfəlik radikal dəyişiklik etdirmək istədiyini bildirib:
“Özümü gözəlləşdirib, cavanlaşdırmaq istəyirəm. Yeni mövsümdə yeni Mənzurə görəcəksiniz”.