"Mən yox, Zaurların ikisi də ləhcəylə danışır" - QALMAQALLI AÇIQLAMA
24 dekabr 2021 17:13 (UTC +04:00)

"Mən yox, Zaurların ikisi də ləhcəylə danışır" - QALMAQALLI AÇIQLAMA

Aparıcı Mikayıl Güləddinoğlu həmkarları Zaur Kamal və Zaur Baxşəliyev barədə danışıb.

Lent.az-ın canlı yayımında qonaq olan aparıcı bildirib ki, aparıcıların ləhcə ilə danışması düzgün deyil: 

“Bəyəndiyim aparıcılar çoxdur. O vaxt ATV-də olan “Yağ kimi” verilişinin adını da mən qoymuşdum. Eyni vaxtda “Sözüm var” meyxana yarışmasında da redaktor kimi çalışırdım. Bəyəndiyim aparıcılardan birincisi Zaur Baxşəliyevdir. Onun zarafatı da yeyiləndir. Cəmiyyət içində çox oluram. Görürəm ki, tamaşaçılar onu sevir. 

Zaur Kamal da kifayət qədər peşəkar aparıcıdır. Bu işə illərini verib. Mən aparıcı olana qədər onları görmüşəm. 

Amma düşünürəm ki, aparıcılar ləhcə ilə danışa bilməz. Aparıcı rus sözü işlətməməlidir. Sırf Azərbaycan qrammatikasına uyğun danışmalıdır.

Zaurların ikisində də ləhcə var. Birində Gürcüstanda azərbaycanlıların yaşadığı kənd danışığı var, digəri Qarabağ ləhcəsində danışır. Türk sözlərindən də istifadə edirlər.

11 il aparıcı olmuşam. Amma sırf Azərbaycan qrammatikasına uyğun danışmışam. Çünki buna mənim mütaliəm imkan verib. Mütaliə edən aparıcı qrammatikadan kənara çıxa bilməz”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12957
avatar

Yalçın UĞUR

Oxşar yazılar