İngiltərə Premyer Liqasında XX turun oyunları davam edir.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, günün ilk matçında "Lids" öz meydanında "Mançester Yunayted"lə qarşılaşıb.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Yunayted" bu nəticə ilə 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Aktivində 22 xalı olan "Lids" isə 16-cı sıradadır.