Braziliyada avtobusda görüntülənən bir nəfər sosial mediada müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, sərnişinin əfsanəvi ulduz Maykl Ceksona bənzərliyi hər kəsi şoka salıb. Videodakı şəxsin hərəkətləri və üz cizgiləri yenidən "Maykl Cekson sağdırmı"? sualını gündəmə gətirib. Görüntülərin Maykl Ceksonun ölümünün ildönümü ərəfəsində yenidən ortaya çıxması müzakirələri daha da alovlandırıb.
Qeyd edək ki, məşhur sənətçi Maykl Cekson 25 iyun 2009-cu ildə vəfat edib. Şayiələrə görə müğənni əslində ölməyib, müxtəlif adlarla şou dünyasından uzaqlaşıb.