"Leyli"  keçmiş fotolarını   PAYLAŞDI
16 may 2022 11:25 (UTC +04:00)

"Leyli" keçmiş fotolarını PAYLAŞDI

Flora Kərimova “Leyli” obrazını canlandırdığı vaxta aid arxiv görüntülərini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Lent.az xəbər verir ki, şəkillərdə mərhum sənətçilər Xalq artisti, tarzən Bəhram Mansurov və Xalq rəssamı Mikayıl Abdullayev da yer alıb. Flora xanım həmin fotolara belə şərh yazıb: 

“Bir neçə gün öncə Azərbaycan İncəsənət Muzeyində Mikayıl Abdulayevin fərdi sərgisində təsadüfən öz şəklimi gördüm. Şəkildə sağ tərəfimdə Mikayıl Abdullayev, solumda isə Bəhram Mansurov dayanmışdı. “Leyli” olduğum zamanın səhnə tərtibatını Mikayıl bəy veribmiş. Düşündüm ki, dahilərin əlindən tutub səhnəyə çıxardığı insan olmaq bir başqa xoşbəxtlikdir sənətkar üçün!”. 

Həmin fotoları təqdim edirik: 
 

 

# 2151
avatar

Nigar Namiq

Oxşar yazılar