Koronavirus olduğu üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Niyaməddin Musayevdən xəbər var. Lent.az-ın məlumatına görə, müğənni xəstəxanadan evə buraxılıb. İfaçı bu barədə sosial şəbəkədə yazıb:
"Bilirəm ki, mənə görə nigaran qalmısınız, şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Yazdığınız gözəl sözlər və etdiyiniz dualar mənim üçün dəyərlidir".